Frenk Lempard bu klubun baş məşqçisi oldu

28.11.2024

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İngiltərəli mütəxəssis Frenk Lempardın yeni iş yeri bəlli olub.

QOL.az xəbər verir ki, 46 yaşlı məşqçi ölkəsində "Koventri Siti" klubunun baş məşqçisi təyin edilib.

Bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lempardla 2.5 illik müqavilə imzalandığı açıqlanıb.

"Koventri Siti" hazırda çempionatda 17-ci yerdədir. Komanda 17 oyunda 17 xal toplayıb.

Qeyd edək ki, Frenk Lempard buna qədər "Derbi Kaunti", "Everton" və "Çelsi"ni çalışdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью