Frenk Lempard Çempionşip klubunun baş məşqçisi təyin olunub AZƏRTAC

28.11.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 noyabr, AZƏRTAC

İngiltərə millisinin və “Çelsi”nin sabiq futbolçusu Frenk Lempard "Koventri Siti"nin baş məşqçisi təyin olunub.

AZƏRTAC Çempionşip təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssislə 2,5 illik müqavilə imzalanıb.

Aşağı liqa təmsilçisi uğursuz nəticələrə görə 8 il komandaya rəhbərlik etmiş Mark Robinsonla bir müddət əvvəl yollarını ayırmışdı.

Qeyd edək ki, Frenk Lempard daha əvvəl “Derbi Kaunti”, “Everton” və “Çelsi” komandalarını da çalışdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью