Frenki de Yonq: “Premyer Liqa? Məncə yox”

12.11.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq Premyer Liqa ilə bağlı sualı cavablandırıb.

İdman.Biz xəbər verir ki, o, İngiltərə klublarından təkliflər alsa da, Kataloniya təmsilçisində qalmaq qərarına gəlib.

“Premyer Liqa? Məncə yox. Təkliflər olub, amma "Barselona"da xoşbəxtəm. Premyer Liqa hazırda ən yaxşı liqadır, necə ki, on il əvvəl La Liqa idi. Amma bu o demək deyil ki, böyük futbolçu olduğunu göstərmək üçün orada oynamalısan”, – de Yonq "ESPN"ə açıqlamasında deyib.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью