Frenki üçün yeni müqavilə

14.10.2025

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Barselona” futbolçusu Frenki de Yonq ilə müqaviləni uzatmağa hazırlaşır.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında danışıqlar son mərhələdədir. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Frenkinin sözləşməsi 2029-cu ilin yayına kimi artırılacaq. Onun sərbəstqalma məbləği isə 400-500 milyon avro olacaq.

Niderlandlı futbolçu 2019-cu ildən “Barselona”da çıxış edir. O, 267 oyunda 19 qol vurub, 24 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью