Fridrix Merts tort yeyərkən gülməli vəziyyətə düşüb

12.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniya Kansleri Fridrix Mets Berlində keçirilən tədbirdə Almaniya xəritəsinə bənzər şəkildə hazırlanmış tortun bir dilimini əlindən salıb.

Oxu.Az bu barədə "Bild" qəzetinə istinadla xəbər verir.

Hadisə paytaxtda parlamentin kiçik və orta biznesin məsələləri üzrə qrupunun qəbulunda baş verib.

Merts tortda doğma Zauerland seçki dairəsinin təsvir olunduğu dilimi özü üçün kəsib. Bundan sonra siyasətçi çəngəli, ardınca tortun olduğu boşqabı əlindən salıb.

Bəzi almanlar boşqabın kanslerin əlindən düşməsini onun ölkəyə necə rəhbərlik etməsi ilə müqayisə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью