Fridrix Merts: Trampın siyasəti yeni maliyyə böhranı riskini artırır

12.04.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın gələcək kansleri Fridrix Merts hesab edir ki, ABŞ prezidenti Donald Trampın ticarət siyasəti dünyada yeni maliyyə böhranının yaranma riskini artırır.

APA xəbər verir ki, bu barədə o, "Handelsblatt" qəzetinə verdiyi müsahibədə bildirib.

“Mən həmişə demişəm ki, növbəti maliyyə böhranı mütləq baş verəcək. Sadəcə olaraq, bunun nə zaman və hansı səbəbdən olacağını bilmirik. Prezident Trampın siyasəti bu böhranın gözləniləndən daha tez baş verməsi riskini yüksəldir. Biz avropalılara inandırıcı bir cavab lazımdır”, – Merts qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью