Frieze 2026 müasir incəsənət həftəsi açıldı: Baş mükafat hörümçək heykəlinə verildi

15.10.2026

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Dünya incəsənət bazarının əsas mərkəzlərindən olan 24-cü "Frieze London" və "Frieze Masters" sərgiləri (14–18 oktyabr) Londonun "Regent's Park" məkanında 43 ölkədən 176 qalereyanın iştirakı ilə öz işinə başlayıb.

Kulis.az xəbər verir ki, builki yarmarkanın ən prestijli mükafatı — "Frieze London Artist Award 2026" Afinada yaşayan yunan rəssam Teo Triantafillidisə təqdim olunub.

Rəssamın "Google Arts & Culture" dəstəyi ilə hazırladığı "Feral Metaverse (Spider)" adlı nəhəng interaktiv hörümçək instalyasiyası ziyarətçilərə heykəlin üzərinə dırmaşmaq imkanı yaradır və insanları virtual dünyadan fiziki məkanda birləşməyə səsləyir.

"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar Bizə "ölümün adamları" deyirlər... - Məşhur seneqallı şairdən şeir 210 kiloqramlıq "Qiyamət kitabı" oğurlandı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью