“Frontex” Yunanıstana maliyyəni kəsə bilər “Politico”

10.04.2025

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqının xarici sərhəd təhlükəsizliyi agentliyi (Frontex) miqrantların Afina tərəfindən qeyri-qanuni şəkildə geri qaytarıldığı iddia edilən 12 hadisəni araşdırdığı üçün Yunanıstanı maliyyələşdirməyi dayandırmaqla hədələyib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “açıq işlərin əksəriyyəti Yunanıstan immiqrasiya xidmətləri tərəfindən quru və dəniz sərhədlərində minlərlə insanın guya məcburi qovulması ilə bağlıdır”. Nəşr bildirir ki, bu cür təcrübələr BMT-nin Qaçqınlar Konvensiyasına və beynəlxalq hüquqa uyğun olaraq qanunsuzdur.

“Frontex” “Yunanıstandan bütün tövsiyələri yerinə yetirməsini gözləyir” deyə agentliyin sözçüsü Kris Borovski. Onun sözlərinə görə, əks halda, birgə layihələr çərçivəsində “Yunanıstana ayrılan vəsaitin azaldılması” məsələsinə baxılacaq.

“Politico” xəbər verir ki, 2025-ci ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsi, Yunanıstan hakimiyyətinin miqrantları qeyri-qanuni və sistematik şəkildə ölkədən çıxarmaqda və prosesdə insan hüquqlarını pozmaqda günahkar olduğunu müəyyən edib.

Yunanıstan Yaxın Şərq, Asiya və Afrikadan gələn miqrantlar üçün tranzit ölkəyə çevrilib. Hər il minlərlə miqrant və qaçqın Türkiyə sahillərindən dəniz yolu ilə Yunanıstana gəlir və buradan digər Avropa ölkələrinə keçməyə çalışırlar.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью