Fruktoza xərçəngin yayılmasını sürətləndirə bilər

04.08.2026

Icma.az, Medicina portalına istinadən məlumatı açıqlayır.


ABŞ alimləri müəyyən ediblər ki, kimyaterapiyadan sonra sağ qalan bəzi yumurtalıq xərçəngi hüceyrələri fruktoza ifraz edərək digər şiş hüceyrələrinin yayılmasına şərait yarada bilər.

Medicina.az xəbər verir ki, fruktoza hüceyrələrdə xolesterin istehsalını azaldır, nəticədə hüceyrələr arasındakı əlaqələr zəifləyir və xərçəng hüceyrələrinin bədənin digər nahiyələrinə yayılması asanlaşır.

Tədqiqat zamanı həmçinin yüksək miqdarda fruktoza qəbulunun da xərçəng hüceyrələrinin yayılmasını artırdığı müşahidə olunub.

Alimlər bildirirlər ki, nəticələr hələ preklinik mərhələdədir və insanlar üzərində təsdiqlənməyib. Buna baxmayaraq, araşdırma yumurtalıq xərçənginin təkrarlanmasının qarşısını almaq üçün yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.

Xanım,

Medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью