Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Pskov vilayətində dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən İsveç vətəndaşını saxlayıb.
Moderator.az TASS- a istinadla xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Rusiya tərəfinin iddiasına görə, Ukrayna tərəfində döyüşən İsveç vətəndaşı Rusiya Silahlı Qüvvələrinə qoşulmaq bəhanəsi ilə ölkəyə gəlib. Onun hərbi obyektlərə qarşı təxribat və terror hücumları törətməyi planlaşdırdığı bildirilir.
Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.