Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ABŞ-dan tərəfdaş kanallar vasitəsilə Moskvada planlaşdırılan terror aktı barədə məlumat alıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə FSB-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Rusiya xüsusi xidmət orqanları müvafiq tədbirlər görür.
Qeyd edək ki, bir müddət əvvəl Rusiyadakı Amerika səfirliyi vətəndaşları Tsaritsyno Muzey-Qoruğunun ərazisində "kütləvi itkilər"lə bağlı "etibarlı təhlükə" barədə xəbərdar edib.