FSB üç regionda əməliyyat keçirib: Kiyevə işləyən agentlər saxlanılıb

07.02.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Bu barədə FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, Ukrayna xüsusi xidmət orqanlarının Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiyanın yüksək rütbəli hərbçilərinə qarşı terror aktları həyata keçirmək və yanacaq-energetika kompleksinə aid obyektlərdə təxribat törətmək üçün ələ aldığı dörd qadın agent saxlanılıb.
FSB-nin məlumatına görə, saxlanılan şəxslər Ukraynada atıcı silahlar, mina və partlayıcı maddələrlə işləmə, PUA idarə etmək və müşahidələr aparmaqla bağlı təlimlər keçiblər.
"Saxlanılan şəxslər bununla bağlı etiraflar səsləndiriblər", - FSB əlavə edib.
Xüsusi xidmət orqanlarının əməkdaşları qadınların yaşadığı mənzillərdə apardıqları axtarışlar zamanı xeyli sayda partlayıcı maddələr, partlayıcı maddələrin sintezi üçün kimyəvi prekursorlar, elektrik detonatorları, PUA-ların idarə olunması üçün təlimatlar, eləcə də agentlərin Ukrayna kuratorları ilə əlaqə vasitələri aşkarlanıb.
Tural Tağıyev
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью