FT: Avropa İttifaqı bu il Rusiyadan rekord həcmdə LNG alıb

21.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Avropa İttifaqı Rusiya enerjisindən asılılığı azaltmaq səylərinə baxmayaraq, 2024-cü ildə bu ölkədən rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) alıb.

“Report” xəbər verir ki, bu barədə “Financial Times” Kpler analitik şirkətinə istinadən məlumat verib.

Qeyd olunub ki, dekabrın ortalarına qədər Aİ Rusiyadan 16,5 milyon ton LNG idxal edib. Bu, bütün ötən ilin göstəricisindən çoxdur.

Məqalədə spot bazarda Rusiya LNG-nin alınmasının artımına diqqət çəkilib. Bu növ müqavilə Rusiyadan Avropaya LNG satışının 33%-ni təşkil edib. Halbuki, 2023-cü ildə belə əməliyyatların payı 23% təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью