Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Yaxın Şərqin ən böyük BƏƏ-dəki Cəbəl Əli dəniz limanı Hörmüz boğazının blokadası səbəbindən böhran həddindədir.
Bakıvaxtı.az "Financial Times" qəzetinə istinadən xəbər verir ki, İranla bağlı münaqişənin başlamasından sonra Dubay iqtisadiyyatının onurğa sütunu olan liman vasitəsilə yük daşımalarının həcmi 90%-dən çox azalıb. Bu, boğazda gəmiçilik trafikinin aşağı səviyyədə qalması ilə əlaqədardır.
Nəşrin yazdığına görə, Cəbəl Əli limanı azad ticarət zonası ilə birlikdə Dubayın ÜDM-nin beşdə birindən çoxunu təşkil edir. Lakin indiki vəziyyətdə BƏƏ hakimiyyəti Hörmüz boğazından kənarda alternativlər axtarır. Hətta "DP World" şirkəti Oman körfəzi sahilindəki Fujayra şəhərində iki liman tikməyi planlaşdırır.
Lakin ekspertlər onların Cəbəl Əli limanını əvəz edə biləcəyinə şübhə ilə yanaşırlar, çünki bu limanın üstünlükləri yalnız tutum deyil, həm də inkişaf etmiş nəqliyyat infrastrukturudur.
Gülşən Şərif