FT: “Çinin gizli ehtiyatları qızılın qiymətini artırır”

14.11.2025

Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, “Société Générale” maliyyə konqlomeratının analitiklərinə istinad edən Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.
Analitiklər Çinin qeydiyyatdan keçməmiş qızıl alışını ölkənin iqtisadiyyatını şaxələndirmək cəhdi cəhdi ilə əlaqələndirirlər.
“Çin dollardan qurtulmaq strategiyasının bir hissəsi kimi qızıl alır. Çinin Mərkəzi Bankının dəqiq alış həcmlərini müəyyənləşdirmək mümkün deyil. Peyk vasitəsilə izlənilə bilən neftdən fərqli olaraq, qızılla bağlı bunu həyata keçirmək olmur. Bütün bu alışların hara getdiyini və onu kimin aldığını bilmək sadəcə mümkün deyil”, - ən böyük investisiya fondlarından biri olan “Carlyle” şirkətinin enerji üzrə baş strategiya direktoru Ceff Carri deyib.
Rəsmi məlumatlara görə, Çinin Mərkəzi Bankı bu il minimal həcmdə qızıl alıb – iyunda 2,2 ton, iyul və avqust aylarının hər birində isə 1,9 ton. Lakin əksər bazar iştirakçıları bu rəqəmləri göstərici kimi qəbul etmirlər.
“Société Générale” fondunun analitiklərinin satışların nəticələrinə əsaslanan hesablamalarına görə, 2025-ci ildə Çinin ümumi qızıl alışı 250 tona çata bilər ki, bu da dünyanın mərkəzi banklarının tələbinin üçdə birindən çoxunu təşkil edir.
Yaponiya Qiymətli Metallar Bazarı Assosiasiyasının direktoru Bruce Ikemizu fikrincə, Çinin faktiki qızıl ehtiyatları 5000 tona çata bilər ki, bu da Pekinin açıqladığı rəsmi həcmdən iki dəfə çoxdur.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью