FT: Putin hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib

22.04.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin özü ABŞ-a hazırkı cəbhə xəttində Ukrayna münaqişəsini dayandırmağı təklif edib.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə "Financial Times" üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, Putin bu barədə Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Sankt-Peterburqda görüş zamanı deyib. Mənbənin sözlərinə görə, Putinin təklifinə əsasən, Rusiya hələ də rus ordusunun nəzarəti altına alınmamış Donetsk, Luqansk, Xerson və Zaporojya vilayətlərinin ərazilərindən imtina etməyə hazırdır.

Qəzet qeyd edir ki, təklif xüsusi hərbi əməliyyatın başlanmasından bəri Moskvanın maksimalist tələblərindən geri çəkilə biləcəyinin ilk rəsmi işarəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью