Icma.az bildirir, Azvision saytına əsaslanaraq. AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Financial Times (FT)” nəşrinin məlu
Birinci müdafiə xətti Ukrayna və Rusiya ilə razılaşma əsasında üçüncü ölkənin neytral sülhməramlı qoşunlarının patrul xidməti göstərəcəyi de
İkinci sıraya “NATO qoşunları tərəfindən silahlanmış və təlim keçmiş” Ukrayna qoşunları daxil edilməlidir.
Üçüncü müdafiə xəttində isə, Avropanın rəhbərlik etdiyi “çəkindirici qüvvə” Ukraynanın dərinliklərində yerləşdiriləcək.
Bu qüvvələrin arxadan Amerika qoşunları tərəfindən dəstəkləyəcəyi ehtimal olunur.
“Birləşmiş Ştatlar bundan əvvəl Qərbin istənilən təhlükəsizlik planı üçün kəşfiyyat resurslarının və döyüş meydanına nəzarətin təminatına, habelə Ukrayna üçün hava hücumundan müdafiə sisteminin qurulmasında iştirak etməyə hazır olduğunu bildirmişdi”, - “FT” xatırladır.
Bununla belə, ABŞ öz qoşunlarının Ukraynada yerləşdirilməsinin əleyhinədir və Müdafiə naziri Pit Heqset də daxil olmaqla Tramp administrasiyasının rəsmiləri müharibədən sonrakı təminatlarda hər hansı iştiraka şübhə ilə yanaşır.
Avropalı mənbələr, öz növbəsində nəşrə açıqlamalarında etiraf edirlər ki, xarici qüvvələrin Ukraynada istənilən şəkildə yerləşdirilməsi yalnız “Avropa qoşunlarına təminatı və nəzarəti həyata keçirəcək, habelə onları qoruyacaq ABŞ-nin dəstəyi sayəsində” baş tuta bilər.