FT: Trampın məqsədi Putinlə tərəfdaşlıqdır

29.10.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynadakı müharibəyə son qoymaq məqsədilə iki ildir Rusiya Prezidenti Vladimir Putinlə xüsusi nümayəndələr vasitəsilə qapalı danışıqlar aparan ABŞ Prezidenti Donald Trampın müharibədən sonrakı dövrdə Rusiyanın iqtisadi tərəfdaşına çevrilməyi hədəflədiyi iddia olunur.

Turkustan.az xəbər verir ki, “Financial Times” qəzetinin məlumatına görə, Trampın nümayəndəsi Stiv Vitkoff və Putinin nümayəndəsi Kirill Dmitriyevin rəhbərlik etdiyi planın ilk mərhələsi enerji sektorunu əhatə edəcək.

Plan çərçivəsində Amerika şirkətlərinin müharibə səbəbindən fəaliyyətini dayandırdığı bildirilən Sibirdəki “Saxalin-1” neft layihəsinə qayıtması nəzərdə tutulur. Həmçinin Rusiya neftinin Ukrayna və Amerika vasitəçi şirkətləri vasitəsilə “Drujba” boru kəməri ilə Avropaya satılması planlaşdırılır.

Bundan başqa, Baltik dənizində yerləşən “Şimal axını 2” qaz kəmərinin zədələnməmiş qolundan istifadə etməklə Amerika şirkətləri vasitəsilə Almaniyaya təbii qaz tədarükünün bərpası da gündəmdədir.

Planlara Rusiya gübrələrinin ABŞ-a satılması və təyyarə istehsalında istifadə olunan Rusiya titanının Amerika bazarına qaytarılması da daxildir.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью