Icma.az, Azvision portalına istinadən məlumat verir.
Britaniyanın "The Financial Times" qəzeti Venesuelada "Gold Glove Consulting" şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən belə məlumat yayıb. Bildirilib ki, xalqın 76%-i narkotik ticarəti gəmilərinə zərbələri, 62%-i isə ABŞ-nin Venesuela neftinin satışını nəzarətdə saxlamasını dəstəkləyir:
Qəzet yazır ki, bu, Prezident Nikolas Maduronun 2026-cı il yanvarın 3-də ABŞ tərəfindən ələ keçirilməsindən bəri ölkədə keçirilən ilk böyük sorğudur:
"Venesuelada "Gold Glove Consulting" şirkəti axırıncı dəfə 2024-cü ilin iyununda sorğu keçirmişdi. Onda sorğu iştirakçılarının 3/4-ü ölkənin səhv istiqamətdə irəlilədiyini bildirmişdi".
Cari sorğu, eyni zamanda, müxalifət lideri Mariya Korina Maçadonun cəmiyyətdə nüfuz qazandığını da göstərir. Belə ki, seçicilərin 67%-i növbəti seçkilərdə ona səs verəcəyini söyləyib. Venesuela Prezidentinin səlahiyyətlərini icraçısı Delsi Rodriqes isə cəmi 25% səs toplayıb.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Qəzet yazır ki, bu, Prezident Nikolas Maduronun 2026-cı il yanvarın 3-də ABŞ tərəfindən ələ keçirilməsindən bəri ölkədə keçirilən ilk böyük sorğudur: