FTB agentini öldürən İran kəşfiyyatçılarına sanksiya tətbiq edildi

25.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ administrasiyası keçmiş FTB agenti Robert Levinsonun oğurlanması və ölümündə iştirak etdiyi iddia olunan İranın 3 kəşfiyyatçısına qarşı sanksiyalar tətbiq edib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.

Xatırladaq ki, Levinson 2007-ci ildə İrana şəxsi işgüzar səfərə getdikdən sonra yoxa çıxıb. İlk olaraq şəxsi səbəblərlə İrana gəldiyi iddia edilsə də, 2013-cü ildə aparılan jurnalist araşdırmasında Levinsonun ABŞ Kəşfiyyat Mərkəzi (MKİ) ilə əlaqəli olduğu məlum olub. 2019-cu ildə ABŞ hökuməti Levinsonun harada olduğunu öyrənənə qədər 20 milyon dollar mükafat təklif etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью