FTB direktoru Keş Patel oktyabrda Rusiyaya səfər etməyi planlaşdırır

21.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Amerika Birləşmiş Ştatlarının Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel cari ilin oktyabr ayında Rusiyaya rəsmi səfər etməyi planlaşdırır.

XQ xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ hökumətindəki etibarlı mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, sözügedən səfərin oktyabrın 14–15-i tarixlərində reallaşdırılması nəzərdə tutulub.

Səfər proqramı çərçivəsində Keş Patelin Moskva və Sankt-Peterburq şəhərlərinə baş çəkəcəyi, habelə rusiyalı analoqları və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью