FTB məşhur aktyordan şübhələnib? FOTOLAR | Icma.az
Icma.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. AzVision.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.
Hollivud ulduzları meşə yanğınları səbəbindən evlərini tərk edir Qeyd edilib ki, agentlər yanvarın 12-də Ben Aflekin Kaliforniya ştatının Brentvud şəhərindəki evinin qarşısında fotoşəkillər çəkiblər.
FTB-nin sözçüsü jurnalistlərə açıqlamasında deyib ki, əməliyyat qrupunun üzvləri konkret şəxsi hədəf almayıblar.
Onlar ümumilikdə icazəsiz pilotsuz uçan aparatların qadağan olunmuş ərazilərdə fəaliyyəti ilə əlaqədar Palisades bölgəsində yaşayan sakinlərə baş çəkiblər.
Nəşr yazıb ki, FTB agentləri sadəcə Ben Aflekdən müşahidə kamerasında hər hansı görüntülərin qalıb-qalmadığını öyrənmək istəyiblər.
Söhbət pilotsuz uçan aparatın yanğınsöndürən təyyarələrdən birinə zərər verməsinə dair görüntülərdən gedir.
Bundan əvvəl Ben Aflekin meşə yanğınları səbəbindən evini tərk etdiyi bildirilirdi.
Jurnalistlər aktyorun övladları ilə birlikdə yaşadığı keçmiş həyat yoldaşı Cennifer Qarnerinin yanına getdiyini yazıb.
Tam oxu
Xəbəri oxu