FTB Miçiqan ştatındakı hərbi bazada terror aktının qarşısını alıb

16.05.2025

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 16 may, AZƏRTAC

Federal Təhqiqatlar Bürosu (FTB) ABŞ-ın Miçiqan ştatının Uorren şəhərindəki hərbi bazada terror aktının qarşısını alıb.

AZƏRTAC xəbər verir ki, FTB-nin direktoru Keş Patel bu barədə özünün sosial media hesabında yazıb.

“FTB agentləri İŞİD qruplaşmasının Miçiqan ştatının Uorren şəhərindəki hərbi bazalardan birinə hücumunun qarşısını alıb”, - deyə Keş Patel bildirib.

Onun sözlərinə görə, hücumda şübhəli bilinən şəxs həbs edilib və tezliklə ona qarşı xarici terror təşkilatına dəstək ittihamı ilə cinayət işi açılacaq. Onun hərbi hissənin ərazisində atışma törətmək istədiyi vurğulanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью