FTB rəhbəri buna görə istefa verdi

04.03.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Federal Təhqiqat Bürosunun (FTB) Nyu-York ofisinin rəhbəri Ceyms Dennehi ölkə prezidenti Donald Trampı tənqid etdikdən sonra istefa verməyə məcbur olub.

"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Dennehiyə seçim imkanı verilib: ya vəzifəsini özü tərk edəcək, ya da işdən çıxarılacaq.

"Cümə günü mənə məlumat verildi ki, mən bu gün istefa ərizəmi təqdim etməliyəm və mən bunu etdim", - Ceyms Dennehi deyib. 

Gülayə Mecid  


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью