FTB rus agentlərinin sui qəsd planını ifşa etdi

16.09.2026

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən şəbəkənin Vaşinqtonda yaşayan tanınmış rusiyalı dissidentə qarşı sui-qəsd planının qarşısı alınıb.

Turkustan.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin açıqlamasına görə, Federal Təhqiqat Bürosu (FTB) sui-qəsdin qarşısını almaq üçün müdaxilə edib.

Bəyanatda bildirilir ki, Rusiya kəşfiyyat xidmətləri adından fəaliyyət göstərdiyi iddia olunan 5 şəxs ABŞ-da və digər ölkələrdə hücumlar və hədəfli sui-qəsdlər təşkil etmək cəhdləri ilə bağlı ittiham olunub.

İttihamnaməyə görə, Rusiya kəşfiyyat xidmətləri ilə əlaqəli şəbəkə ən azı 2024-cü ildən etibarən rusiyalı dissident və qaçqınları hədəf alıb. Şəbəkənin son dövrlərdə Ukraynanın müttəfiqi hesab edilən ölkələrdə də hücumlar həyata keçirməyə cəhd etdiyi bildirilir.

Sənəddə qeyd olunur ki, bu yay Rusiya kəşfiyyat şəbəkəsi ABŞ-da yaşayan bir şəxsi Vaşinqtonda olduğu güman edilən rusiyalı dissidenti taparaq öldürmək üçün işə götürüb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью