FTB soydaşımızın başına 75 min dollar mükafat qoydu

24.09.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

ABŞ Federal Təhqiqat Bürosu (FTB - FBI) Azərbaycan əsilli Ceyhun Aslanovun axtarışa verilməsi ilə bağlı rəsmi məlumat yayımlayıb.

“Yeni Sabah” xəbər verir ki, FTB onun tapılmasına kömək edəcək məlumat üçün 75 min ABŞ dolları məbləğində mükafat təyin edib.

C.Aslanov ABŞ-yə qarşı dələduzluq məqsədilə sui-qəsd, elektron və bank dələduzluğu üzrə sui-qəsd, eləcə də 6 ağırlaşdırılmış şəxsiyyət oğurluğu ittihamı və cinayətdə yardımçılıqda təqsirləndirilir. Toyuqlu pizza

FBI-ın hesabatında bildirilir ki, Aslanov "Internet Research Agency" (IRA) təşkilatının ABŞ-yə yönəlmiş fəaliyyətində "Translator Project" layihəsinin rəhbəri olub. Onun sosial media əməliyyatları vasitəsilə çoxsaylı ABŞ vətəndaşına təsir göstərmək və ölkənin siyasi sisteminə, o cümlədən 2016-cı il prezident seçkilərinə müdaxilə etmək məqsədi daşıyan fəaliyyətlərdə iştirak etdiyi iddia olunur.

Bundan əlavə, Ceyhun Aslanov ABŞ maliyyə institutlarında saxta adlarla hesablar açmaqda, IRA əməliyyatlarını maliyyələşdirmək üçün vəsaitlərin ölkəyə daxil edilməsi və çıxarılmasını təşkil etməkdə, həmçinin amerikalıların şəxsi məlumatlarından istifadə edərək bank və "PayPal" hesabları açmaqda ittiham edilir.

16 fevral 2018-ci ildə ABŞ-nin Kolumbiya Dairə Məhkəməsi C.Aslanovun barəsində federal həbs qətimkan tədbiri seçib. FTB onu beynəlxalq səviyyədə gizlənmə riski yüksək olan şəxs ("international flight risk") kimi qiymətləndirir.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью