FTB ümummilli kriminal məlumat bazasına mümkün haker müdaxiləsini araşdırır

21.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) özünün ümummilli kriminal məlumat bazasına ehtimal olunan haker müdaxiləsini araşdırır. Bu barədə CNN telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, sözügedən baza federal, ştat və yerli hüquq-mühafizə orqanları arasında əsas əlaqələndirici həlqə rolunu oynayır.

NCIC (Milli Cinayət İnformasiya Mərkəzi) bazası ABŞ-də hüquq-mühafizə əməkdaşları tərəfindən həbs orderləri və bioqrafik məlumatların yoxlanılması nəticələri barədə informasiya mübadiləsi üçün istifadə olunur. CNN dəqiqləşdirir ki, FTB insidentdən noyabrın 19-da xəbər tutub, lakin hadisənin təfərrüatları açıqlanmır. Kiberhücumun arxasında kimin dayandığı hələlik məlum deyil.

“Ölkə üzrə polis əməkdaşları axtarışda olan cinayətkarların müəyyənləşdirilməsi, icra olunmamış həbs orderlərinin yoxlanılması və həm polisin, həm də əhalinin təhlükəsizliyinə birbaşa təsir göstərə biləcək məlumatlara çıxış əldə etmək üçün hər gün NCIC bazasına güvənirlər”, - FTB-nin adı açıqlanmayan sabiq əməkdaşı vəziyyəti şərh edib.

Xatırladaq ki, sentyabr ayında “ShinyHunters” haker qruplaşması FTB-nin sistemlərinə müdaxilə etdiyini bəyan etmişdi. Hakerlərin iddiasına görə, onlar büronun tapşırıqları və tibbi sənədlər barədə məlumatları ələ keçirə bilmişdilər. Həmin ay “ShinyHunters”in “darknet”dəki saytı əlçatmaz olmuşdu. FTB direktoru Keş Patel qruplaşmanın bəzi üzvlərinin saxlanıla biləcəyinə işarə etmişdi. “Reuters” agentliyinin məlumatına əsasən, hakerlərdən biri İordaniyada tapılıb.

S.ELAY

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью