FTX hərbi bazalarda terror aktlarının qarşısını alıb VİDEO

21.02.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Rusiya hərbçilərinin yerləşdiyi yerlərdə terror aktları törətmək planlarının qarşısını alıblar.

"Unikal" xəbər verir ki, bu barədə FTX məlumat yayıb. 

Bidirilir ki, Çelyabinsk, Orenburq, Kursk, Kemerovo, Belqorod vilayətləri və Krasnodar diyarı ərazilərində səkkiz Rusiya vətəndaşının fəaliyyəti müəyyən edilərək dayandırılıb.

Xüsusi xidmət bəyan edib ki, Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə onlar nəqliyyat infrastrukturu obyektlərini və könüllü təşkilatları yandırıb, həmçinin mükafat üçün hərbi hissələrin yerləşdirildiyi yerlərdə terror aktları törətməyi planlaşdırıblar.

Onlar terror aktları, terror təşkilatının fəaliyyətinin təşkili, təxribat və dövlətə xəyanət maddələri ilə təqsirli bilinərək 16 ildən 22 ilədək, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Gülayə Mecid 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью