Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Federal Təhlükəszilik Xidmətinin (FTX) əməkdaşları Nijni Novqorod vilayətində terrorçu qrupla atışıb.
“AzPolitika” “telegram” kanallarına istinadla xəbər verir ki, atışmada neft-kimya zavodunda terror aktı hazırlayan iki nəfəri öldürüblər.
FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatına görə, adı açıqlanmayan beynəlxalq terror təşkilatının tərəfdarları olan iki “Mərkəzi Asiyadan olan” (vətəndaşlığı barədə məlumat verilmir) şəxs guya ukraynalı kuratorun göstərişi ilə regionun neft-kimya sənayesi müəssisələrindən birində pilotsuz təyyarələrdən istifadə etməklə təxribat və terror aktı hazırlayırmış.
“Həbs zamanı onlar silahlı müqavimət göstəriblər və cavab atəşi ilə zərərsizləşdiriliblər”, - FTX bildirib.
Xüsusi xidmət orqanları, qurbanların telefonlarında tapılan yazışmalara istinadən iddia edir ki, terror aktını Ukrayna xüsusi xidmət orqanları hazırlayıb. Təxribata hazırlıq faktı ilə bağlı cinayət işi açılıb.
FTX-nın məlumatına görə, bu il terrorda şübhəli bilinən azı altı nəfər onun əməkdaşları tərəfindən öldürülüb.
“AzPolitika.info”