FTX Ukraynaya casusluq edən Saxalin sakini həbs edib

27.12.2024

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

35 yaşlı Saxalin sakini Rusiyanın regional Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Ukrayna təhlükəsizlik xidməti ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılıb.

Ukrayna tərəfinin göstərişi ilə o, Belqorod vilayətində Rusiya Federasiyasının Silahlı Qüvvələri haqqında məlumat toplayıb.

RİA Novosti FTX-nin Saxalin vilayəti üzrə idarəsinin mətbuat xidmətinə istinadən yazır ki, həmin şəxs internet vasitəsilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsi ilə əlaqə saxlayıb. Onun göstərişinə əsasən, Saxalin sakini Belqorod vilayətinə yola düşdüyü RF Silahlı Qüvvələri haqqında strateji əhəmiyyətli məlumatlar və fotoşəkillər toplayıb. O, toplanmış məlumatları messencerlər vasitəsilə Ukrayna xüsusi xidmət orqanlarının zabitinə göndərib.

Cavid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью