Fuad Ağayev Azərbaycanın da ev sahibi olduğu AVRO 2026 ya təyinat alıb

21.07.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanlı voleybol hakimi Fuad Ağayev qadınlar arasında keçiriləcək Avropa çempionatına təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından report.az-a bildirilib.

Ədalət təmsilçisi AVRO-2026-nın Türkiyənin İstanbul şəhərində təşkil ediləcək A qrupunun matçlarında iş başında olacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Almaniya, Polşa, Macarıstan, Sloveniya və Latviya komandaları çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri yer alıblar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью