Fuad Hacıyev Londonda Elin Süleymanovla görüşüb

18.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Azərbaycan İdman Akademiyasının (AİA) rektoru Fuad Hacıyev Londonda Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovla görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyinin sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Bildirilib ki, səfir Elin Süleymanov rektor Fuad Hacıyevi və onu müşayiət edən heyəti Azərbaycanın Londondakı səfirliyində salamlamaqdan məmnunluq duyduğunu ifadə edib.

Görüşün keçirilməsində məqsəd Azərbaycan İdman Akademiyası ilə Böyük Britaniyanın Koventri Universiteti arasında idman menecmenti sahəsində ikili diplomlu magistr proqramı barədə ətraflı məlumat almaq olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью