Fuad Hüseynov BDU dan çıxarılıb? RƏSMİ AÇIQLAMA

20.11.2026

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə mütəxəssisi Fuad Hüseynovun işdən çıxarıldığı iddia olunur.

İddialarda onun hansı səbəbdən işdən çıxarıldığı barədə məlumat əks olunmayıb. 

Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlamasında universitetin Mətbuat katibi Kəmalə Namazova bildirib ki, Fuad Hüseynovun işdən çıxarılması doğru məlumat deyil:

"Fuad Hüseynovun Bakı Dövlət Universitetindən işdən çıxarılması ilə bağlı yayılan məlumatlar əsassızdır. Onun vəzifəsindən azad edilməsi barədə iddialar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, Fuad Hüseynov BDU-da imtahanlar zamanı köçürmə hallarının qarşısının alınmasına nəzarət edir, belə hallar aşkarlandıqda sərt tədbirlər görür.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью