Fuad Kərimli Baş katib seçildi

14.05.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qlobal Cənub QHT Platformasında (Global South NGO Platform – GSNP) katiblik Azərbaycana keçib.

"Cebheinfo.az" xəbər verir ki, bu, Platformanın I Baş Assambleyasının toplantısında açıqlanıb.

Bildirilib ki, seçkiyə əsasən, Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Bununla da Azərbaycan GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək. Həmçinin onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçilib.

Toplantıda dünya əhalisinin 80 %-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью