Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“3 il ərzində bir neçə dəfə müsahibələrimdə, paylaşımlarımda Fuad Nağıyevin etdikləri ilə mübarizə aparırdım, sadəcə, ad çəkmirdim.
Amma Dövlət Turizm Agentliyi deyiləndə onun sədri, müavini, oradakı funksionerlər nəzərdə tutulurdu”.
Bu sözləri Globalinfo.az-a Azərbaycan Milli Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin məhz vəzifədən azad olunmasından sonra onunla bağlı danışmasına aydınlıq gətirərkən deyib.
O, bəzi məsələlərin hər zaman gizli qalacağını bildirib: “Bəlkə də, deyilməyən sözlər bir neçə ilə açıqlana, ya açıqlanmaya.
Çünki bunlar 3 ildə Azərbaycan mətbəxini dünyada elə çökdürdülər ki, bundan sonra onu yerinə qaytarmaq üçün bizə 30 il lazımdır.
Ermənistana elə rövnəq verdilər ki, ermənilər artıq Dünya Kulinariya təşkilatlarına getməyə başladılar, yarışa qatılıb, medal əldə etdilər.
Mart ayında işdən çıxdım, artıq dekabrda Ermənistanın rəsmi saytına bizim 250 xörəyimiz yerləşdirildi. Onlar bunu dünyaya çıxardılar.