Fuad Nağıyevin sevimli şirkəti: Agentlik bir ildə bu şirkətə 2,5 milyon ödəyib | Icma.az
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dövlət Turizm Agentliyi Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndələri üçün destinasiya təqdimatı keçirəcək.
Qaynarinfo xəbər verir ki, qurum bununla bağlı satınalma müsabiqəsinə yekun vurub. Müsabiqənin qalibi "Vega Travel Management” MMC seçilib.
Destinasiya təqdimatının keçirilməsi üçün şirkətə 19 470 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Vega Travel Management” MMC 2 dekabr 2019-cu ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 5000 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 19, mənzil 19-da yerləşir.
MMC-nin qanuni təmsilçisi Rəhimli Əmrah Natiq oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmadan məlum olur ki, "Vega Travel Management” MMC sifarişləri əsasən Dövlət Turizm Agentliyindən alır.
Tam oxu
Xəbəri oxu