Fuat Oktay: Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq AZƏRTAC

08.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Şuşa, 8 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır. Bu ziyarətimizdə Şuşada möhtəşəm irəliləyiş gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq.

Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay deyib.

“Şuşa yenidən şairlərin, yazarların, elm adamlarının görüşdüyü və yaratdığı bir yer olacaq. Şuşanın tezliklə dünya səviyyəsində turizmin sahəsində bir marka olacağına inanırıq. Biz Şuşada Azərbaycanın müstəqilliyi və bütövlüyünü hiss etdik və ən gözəl hisslər budur”, – deyə komitə sədri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью