Fuat Oktayın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəldi

06.12.2024

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. 

Qaynarinfo Türkiyənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, səfərdə məqsəd Azərbaycan Milli Məclisinin təşkilatçılığı ilə keçiriləcək Beynəlxalq Parlament Konfransında iştirak etməkdir.

Səfər çərçivəsində Fuat Oktay dekabrın 7-də Şəhidlər Xiyabanı, "Türk Şəhidliyi" abidəsini ziyarət edəcək. Komitə sədrinin mətbuat nümayəndələri üçün açıqlama verməsi nəzərdə tutulur.

Fuat Oktay həmçinin Azərbaycan Milli Məclisinin qarşısında da media nümayəndələri üçün açıqlama verəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью