Fuenta fransızları dayandırmağın yolunu tapıb

14.07.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta DÇ-2026-da yarımfinalda bu gün Fransaya qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini deyib:

“Kimin favorit olmağının önəmi yoxdur. Fransanı necə dayandıracağıq? Onları təhlil etmişik. Nə edəcəyimizi yaxşı bilirik. Düzdür, çox bacarıqlı futbolçulara sahibdirlər, ancaq biz də öz gücümüzü bilirik. Üstün tərəflərimizi ortaya qoymalı və rəqibin oyununu pozmalıyıq”.

Fransa – İspaniya oyununa 23:00-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью