Fuenta: “Merinonun etdikləri inanılmazdır”

11.07.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta dünya çempionatının 1/4 finalında Belçikaya qalib gəldikləri oyunu şərh edib.

Futbolpress.az AS-a istinadən xəbər verir ki, mütəxəssis 2:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Belə oyunlarda komandanın xarakteri önə çıxır. Bu milliyə rəhbərlik etdiyim üçün qürur duyuram. Futbolçular qələbə üçün bütün güclərini ortaya qoydu”.

Fuenta komandanın qalibiyyət qolunu vuran Mikel Merino haqda da danışıb:

“Merinonun etdikləri inanılmazdır. Onun yaxşı keyfiyyəti var və dünya səviyyəli futbolçudur. Merino kimi birinin komandamızda olmağı böyük şansdır. Bilirik ki, nə zaman ehtiyacımız olarsa, bizə kömək edəcək”.

İspaniya yarımfinalda Fransa ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью