Fukusima AES dən 7 800 ton su okeana axıdılacaq

14.07.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaponiyanın "Tokyo Electric Power" (TEPCO) şirkəti "Fukusima-1" atom elektrik stansiyasından (AES) texniki baxımdan təmizlənmiş suyun 13-cü partiyasını okeana buraxmağa başlayıb.

Oxu.Az bu barədə şirkətin saytına istinadla məlumat verir.

Bildirilir ki, bu mərhələdə də əvvəlki hallarda olduğu kimi, 7 800 ton suyun okeana axıdılması planlaşdırılır.

Xatırladaq ki, 2011-ci ildə baş verən zəlzələ və sunami nəticəsində AES-in soyutma sistemləri sıradan çıxmış, üç reaktor zədələnmiş və ətraf mühitə radiasiya yayılmışdı. O vaxtdan bəri reaktorların soyudulması üçün istifadə olunan su toplanaraq təmizlənir və bir hissəsi təkrar istifadə olunur.

Yaponiya hökumətinin 2023-cü ildə verdiyi qərara əsasən, təmizlənmiş suyun mərhələli şəkildə okeana buraxılması 30-40 il davam edəcək. Su tam təmizlənməsinə baxmayaraq, tərkibində tamamilə çıxarıla bilməyən tritium qalır. Lakin bu elementin miqdarı beynəlxalq normativlərdən dəfələrlə aşağı səviyyəyə qədər azaldılaraq buraxılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью