Fukusima Atom Elektrik Stansiyası boşaldılıb Zəlzələdən sonra...

30.07.2025

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Kamçatka yarımadası sahillərində baş verən 8,8 bal gücündəki zəlzələ Yaponiyada böyük həyəcan və təhlükə yaradıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, zəlzələdən sonra sunami ilə üzləşəcəyi gözlənilən üç ölkədən biri olan Yaponiyada Fukuşima Atom Elektrik Stansiyası boşaldılıb.

Məlumata görə, ilk sunami dalğaları şimaldakı Hokkaydo şəhərinə çatıb: "Dalğa hündürlüyü 30 metr hündürlüyündədir..."

Fukuşima Atom Elektrik Stansiyasını idarə edən Tokyo Elektrik Enerjisi Şirkətindən (TEPCO) bildirilib ki, artıq bütün işçilər evakuasiya olunub.

Samir MUSAYEV
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью