Fulhem Real ın hücumçusunu aldı

30.07.2026

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fulhem" "Real Madrid"in hücumçusu Qonzalo Qarsiyanı transfer edib.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Premyer Liqa təmsilçisi 22 yaşlı ispaniyalı forvardı "kral klubu"ndan 40 milyon avro qarşılığında transfer edib.

Müqaviləyə əlavə 2 milyon avro bonus da daxil edilib. Bununla yanaşı, Madrid klubu futbolçunun gələcək satışından da gəlir əldə edəcək. Belə ki, İspaniya nəhəngi növbəti satışın 30 faizini alacaq.

Qeyd edək ki, sözügedən futbolçu ötən mövsüm əsas komandanın heyətində bütün turnirlərdə 28 oyuna çıxaraq 14 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Əlisahib İbrahimli

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью