Fulhem rəhbərliyi Arbeloa ilə yolları ayırmağı planlaşdırır

13.10.2026

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alvaro Arbeloa "Fulhem"in baş məşqçisi vəzifəsindən kənarlaşdırıla bilər. Sport24.az xəbər verir ki, bu barədə "The Standard" portalı məlumat yayıb.

Son turda komandanın "İpsviç"ə 1:2 hesabı ilə məğlub olmaqla turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanması rəhbərliyin kəskin narazılığın səbəb olub. Bu səbəbdən 43 yaşlı mütəxəssisin "Fulhem"dəki gələcəyi təhlükə altındadır.

London klubu cari mövsümdə Premyer Liqada qələbə qazana bilməyən azsaylı komandalardan biridir. Məlumatlara görə, ispan məşqçinin vəziyyəti düzəltmək və vəzifəsini qoruyub saxlamaq üçün iki oyunluq vaxt verilib. 

Qeyd edək ki, Arbeloa "Fulhem"ə yayda rəhbərlik etməyə başlayıb. Komanda onun rəhbərliyi altında səkkiz oyun keçirib və yalnız Liqa Kubokunda iki qələbə qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью