Fulhemin hücumçusu Premyer Liqanın ən yaxşı meksikalı bombardiri olub

06.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Fulhem"in hücumçusu Raul Ximenes İngiltərə Premyer Liqasının ən yaxşı meksikalı bombardiri olub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu bu ünvanı XX turda "İpsviç"lə oyunda ələ keçirib.

2:2 hesabı ilə bitən görüşdə London təmsilçisinin üzvü iki dəfə penaltidən fərqlənib. Hazırda R.Ximenesin Premyer Liqada 55 qolu var. O, "Mançester Yunayted" və "Vest Hem" klublarının heyətində 53 qol vuran Çiçaritonu keçib.

Qeyd edək ki, "Fulhem" Premyer Liqanın turnir cədvəlində 30 xalla 9-cu yerdə qərarlaşıb.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью