“Fulhem”in yeni baş məşqçisi: Alvaro Arbeloa

08.07.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Fulhem" klubu baş məşqçi postuna Alvaro Arbeloanı gətirib. 

Apasport.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssislə 2029-cu ilin yayına qədər nəzərdə tutulan 3 illik müqavilə imzalanıb.

Arbeloa son olaraq Madrid "Real"ının baş məşqçisi olub. O, bu vəzifədən cari ilin iyununda ayrılıb. Bundan əvvəl isə uzun müddət "kral klubu"nun akademiyasında və "Kastilya" komandasında çalışıb.

Qeyd edək ki, Alvaro Arbeloa futbolçu karyerası ərzində "Saraqosa", "Deportivo", "Liverpul", Madrid "Real"ı və "Vest Hem"in formasını geyinib.

İspaniya millisinin heyətində 56 oyuna çıxan sabiq müdafiəçi 2010-cu il dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub.

Misirin baş məşqçisi od püskürdü: "Bizi bura niyə çağırmısınız?" Enzo Fernandez: “Həyatımın qolunu vurdum” Misirli futbolçudan sərt sözlər - “Kuboku Argentinaya verin” Messi dayanmaq bilmir - DÇ tarixində 21-ci qol "Real Sosyedad" baş məşqçisi ilə müqaviləni yenilədi - Rəsmi qərar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью