“Fundamental təhsilin gücləndirilməsi əsas prioritetlərdən biridir”

17.09.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Rəqəmsal bacarıqlar” layihəsinə başlayanda 5 min şagird var idi, indi isə 600 minə çatmışıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalının açılış mərasiminə deyib.

Nazir bildirib ki, bu, Azərbaycan ümumtəhsil məktəblərindəki şagirdlərin, demək olar ki, yarısıdır: “STEAM istiqamətində də əhəmiyyətli genişlənmə baş verib. STEAM istiqamətinə başlayanda, bəlkə də, cəmi 50 məktəb və bir neçə min şagird var idi. İndi isə 300 mindən çox şagirddən danışırıq. Rəqəmsal bacarıqların inkişafı ilə yanaşı, fundamental təhsilin gücləndirilməsi də əsas prioritetlərdən biri olaraq qalır. Əgər siz “rəqəmsal bacarıqları inkişaf etdirəcəyəm” deyib, eyni zamanda çox yaxşı ibtidai təhsil sisteminə malik deyilsinizsə, bu, problem yaradacaq. Fundamental məsələlər çox vacibdir. Biz hələ bu səyahətin başlanğıcındayıq”.

Fidan Etibar

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью