Futbol agenti Premyer Liqa oyunçusunu silahla hədələdiyinə görə həbs edilib

04.11.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

London polisi Premyer Liqa oyunçusunu odlu silahla hədələyən futbol agentini həbs edib.

Bu barədə İdman.Biz BBC-yə istinadən məlumat verir.

31 yaşlı şübhəlinin adı açıqlanmır. Hadisə 6 sentyabrda Londonda baş verib. Agent 20 yaşlı oyunçunu hədələyib. Bu hadisə zamanı o, oyunçunu şantaj edib və başqa bir kişini də hədələyib.

Agent 8 sentyabrda qəsdən istifadə etmək niyyəti ilə odlu silah saxlamaq, şantaj etmək və sürücülük vəsiqəsi olmadan maşın sürmək şübhəsi ilə həbs edilib. O, şərti azadlığa buraxılıb. Ona oyunçunun oynadığı klubun məşq meydançasına baş çəkməsi də qadağan edilib.

İstintaq altında olan agentin müştəriləri arasında İngiltərə milli komandasının üzvü var.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью