Futbol azarkeşi oyun öncəsi vəfat etdi

11.06.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Portuqaliya və Nigeriya milliləri arasındakı yoldaşlıq oyununun başlamasına bir neçə dəqiqə qalmış 77 yaşlı kişi ürəktutmasından vəfat edib.

Bakıvaxtı.az UOL-a istinadən xəbər verir ki, hadisə qarşılaşmanın keçirildiyi Leyriya şəhərindəki "Doktor Maqalyaynş Pesoa" stadionunda qeydə alınıb.

Həkimlər fanata dərhal tibbi yardım göstərərək onu Leyriyadakı "Santu-Andre" xəstəxanasına çatdırsalar da, orada onun ölüm faktı təsdiqlənib. Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, Portuqaliya Nigeriya seçməsinə 2:1 hesabı ilə qalib gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью