Futbol azarkeşlərindən “Benfika”nın “Real Madrid” üzərində qələbəsinə iki fərqli reaksiya VİDEO

29.01.2026

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gecə Çempionlar Liqasının play-off mərhələsində Portuqaliya “Benfika”sı İspaniyanın “Real Madrid” klubunu məğlub edərək(4:2) növbəti mərhələyə vəsiqə qazanıb. Bu qələbə azarkeşlər arasında böyük coşqu və həyəcan yaradıb.

İdman.Biz xəbər verir ki, Portuqaliya televiziyasında yayımlanan canlı efir zamanı “Benfika”nın qapıçısı Trubinin “Real”ın qapısına vurduğu qol işçilərin sevinci ilə müşayiət olunub. Efirin aparıcısı həmkarlarının bu reaksiyasına heyrətlənib, hətta bir qədər təşviş yaşayıb.

Fransada isə “Marsel” azarkeşi Trubinin qolundan sonra hiddətini televizoru yararsız hala salmaqla göstərib. Fanat bir neçə dəfə televizora vuraraq “Yox, yox, yox!” deyə qışqırıb. Məhz vurulan dördüncü qol “Marsel” komandasını Çempionlar Liqasının pley-off mərhələsindən kənarda qoyub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью